“Space” TV-də dava: “Şəhidlərimizin ölümü şərəfsizdir..? - VİDEO

“Space” TV-də dava: “Şəhidlərimizin ölümü şərəfsizdir..? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində ötən günün mövzusu ölkədə fəaliyyət göstərən xəbər saytları olub.

“A24.az” xəbər verir ki, verilişdə qonaq olan müğənni Cavanşir Məmmədov informasiya portallarında yalan xəbər yazılmasından şikayətlənib.

O, getdiyi yas mərasimlərindən birini misal gətirib.

“5-6 il öncə yas mərasimində idik. Molla çox savadlı idi, dedim ki, ölüm haqdır, geci-tezi var. Allah qismət eləsin ki, biz də şərəfli ölək. Göydə təyyarədə partlamayaq, dənizdə batmayaq ki, bizi dəfn edə bilsinlər.

Yaxınlaşıb mollaya təşəkkür etdim, dedim ki, “efirdə eşitsən ki, ölmüşəm, heç kimdən təklif gözləmə, birinci özünü çatdır”. Verilişlərin birində bu ifadəni işlətmişəm. Saytlardan birinin nümayəndəsi isə götürüb səhəri günü yazıb ki, “Cavanşir Məmmədov öldü”. Bu ölü ilə əlaqə saxlamaq lazımdır, ya yox?”, – deyə Cavanşir iradını bildirib.

Verilişdə qonaq olan jurnalist Nuranə Abdullayeva isə Əməkdar artistin “Şərəfli ölək, təyyarədə partlamayaq, dənizdə batmayaq” ifadəsinə narazlığını bildirib.

O qeyd edib ki, dənizdə batan, təyyarədə partlayan şəhidlərimiz olub. Bu zaman hər iki tərəf arasında gərginlik yaşanıb.

Cavanşir Məmmədov fikrinin yanlış anlaşıldığını bildirib. O, jurnalistə “şəhidin bacısı sizin kimi geyinib burada oturar?”, – deyə sual ünvanlayıb.

Sözügedən kadrları təqdim edirik:

Minval.info

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes, Media, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar