A24 Xeber

Stalinin ölüm maskası 17,3 min dollara satıldı

Stalinin ölüm maskası 17,3 min dollara satıldı
40
10 Avqust 2018 - 17:42

Sovet lideri İosif Stalinin ölüm maskası İngiltərədəki hərracda 17,3 min dollara (13,5 funt sterlinqə) satılıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, hərrac “The Canterbury Auction Galleries”də təşkil edilib. Ölümündən sonra onun əli və üzündən alınmış maska hərraca çıxarılaraq satılıb. Alqı-satqı əməliyyatı isə telefon zəngi vasitəsilə edilib. 31,7 sm hündürlüyü olan maskanı alan yeni sahibin adı açıqlanmayıb. Bildirilib ki, yaxın vaxtlarda bu maskanı britaniyalı bir vətəndaş hərraca çıxarıb. Onu qeyd edib ki, bu maskanı babasının edvinin çardağından tapıb.

Qeyd edək ki, Stalinin ölüm maskasını Sovet rəhbəri vəfat etdikdən sonra heykəltaraş Matvey Manizer(1891-1966) tərəfindən hazırlanıb. Matvey Manizer SSRİ İncəsənət akademiyasının vitse-prezidenti olub. SSRİ ərazisində 10-dək Stalin maskasının olduğu güman edilir.Onlardan biri Qoridəki Stalinin ev-muzeyindədir.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00