Stoltenbergden S-400 açıqlaması: Türkiyənin milli qərarı

Stoltenbergden S-400 açıqlaması: Türkiyənin milli qərarı
Want create site? Find Free WordPress Themes and plugins.

NATO Baş Katibi Jens Stoltenberq Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almaq istəyinin Türkiyənin milli qərarı kimi qiymətləndirib. İttifaq üçün əhəmiyyətli olanın S-400-lərin birgə sistemə inteqrasiya olduğunu ifadə edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Niderlandın Baş Naziri Mark Rutte ilə görüşündən sonra birgə mətbuat konfransında danışan Stoltenberq, Ankaranın Rusiyadan S-400 almaq planının Türkiyənin milli qərarı olduğunu dilə gətirib. NATO Baş Katibi, “Bu, Türkiyənin milli qərarıdır. Bizim üçün əhəmiyyətli olan S-400-lərin NATO sisteminə inteqrasiya olmasıdır. Bu məsələdə bəzi çətinliklər yaşana bilər” deyə bildirib. ABŞ Xarici İşlər Nazirinin köməkçisi Wess Mitçel isə dünən ABŞ Senatı Xarici Əlaqələr Komitəsində danışarkən, Türkiyə ilə Rusiya arasında Suriya razılaşmalarından narahat olduqlarını söyləyərkən Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri almaq planına da qarşı çıxmışdı. Bu səbəbdən ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Qarşı Qoyma Məcəlləsinin (CAATSA) 231-ci maddəsi çərçivəsində Türkiyəyə sanksiya tətbiq olunmasının mümkün olduğunu deyən Mitçel, Ankaranın F-35 proqramında iştirakı baxımından da problem yaşaya biləcəyinə diqqət çəkmişdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar