STRATFOR Ermənistanı ifşa etdi: "Rusiya onun hərbi qüvvələrini idarə edirsə,..."

STRATFOR Ermənistanı ifşa etdi: “Rusiya onun hərbi qüvvələrini idarə edirsə,…”
Want create site? Find Free WordPress Themes and plugins.

Son zamanlar Rusiya Azərbaycanla Ermənistan arasında yaşanan konflikt nəticəsində özünün mövqeyini möhkəmləndirib. Ola bilsin ki, Rusiya özünün strateji maraqlarını Dağlıq Qarabağ konfliki ilə hər iki ölkə arasında istifadə edə bilər.

“A24.az” Ermənistanın “ru.1in.am” saytına istinadən bildirir ki, bu barədə məlumatı Amerika analitik araşdırmalar mərkəzi “Stratfor” yayıb.

Mütəxəssislər qeyd ediblər ki, məqsəd Azərbaycanın Rusiya ilə əməkdaşlıq əlaqələrini genişləndirərək onu Ermənistan ilə olan konfliktli sülh danışıqlarına doğru aparmaqdır. Bəlkə bu halda onlar əraziləri geri qaytara bilərlər.

“Ermənistan hələ özünə böyük addımlar atmağa icazə verə bilməz, xüsusilə də Rusiya kimi bir ölkə onun hərbi strateji qüvvələrini idarə edirsə… Hər iki ölkənin heç biri ilk növbədə Rusiya ilə anlaşmadan böyük addımlar ata bilməz”, – deyə ekspertlər qeyd edib.

Hesabatın müəllifləri bildirir ki, Ermənistan Rusiyanın müttəfiqidir. Belə ki, rəsmi Moskva bir neçə dəfə İrəvan və Bakı arasındakı münasibətlərdə Ermənistana dəstək verib. Lakin ötən ilin aprel ayında iki ölkənin cəbhə xəttində baş verənlərə Rusiya neytral münasibət göstərmişdi. O, bu münasibəti ilə Ermənistanı həm təhlükəsizlik, həm də siyasi cəhətdən pis vəziyyətdə qoymuşdu.

“Lakin alternativ tərəfdaşlar Ermənistana seçim etmək şansı vermədi və starteji tərəfdaşı olan Rusiya ilə münasibətlərini qoruyub saxlamağı məsləhət bildilər. Lakin bütün bunlara baxmayaraq, son zamanlar Moskva ilə Bakı arasındakı münasibətlər daha da möhkəmlənir”, –deyə məlumatda bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar