Su problemi ilə üzləşən regionlar: Bu şəhərlərdə su şəbəkəsi İNŞA EDİLƏCƏK

Su problemi ilə üzləşən regionlar: Bu şəhərlərdə su şəbəkəsi İNŞA EDİLƏCƏK
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədidə su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşasının başa çatdırılması gözlənilir”.

“A24.Az”in məlumatına görə, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib. Onun sözlərinə görə, Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisinin başa çatdırılması da nəzərdə tutulub. Q.Hüseynov bildirib ki,  bu il daha bir şəhərdə – Qazaxda su və kanalizasiya layihələrinin icrasına start veriləcək, 10-dan artıq şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq.

“2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasının kənd və qəsəbələrində layihələrin icrası davam etdiriləcək. Paytaxt ərazisində, o cümlədən Babək prospekti, Təbriz və  Mir Cəlal küçələrində avtomobil yollarının yenidən qurulması işləri çərçivəsində uzun müddət istismarda olan və qəzalı vəziyyətə düşən su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur. Ötən il olduğu kimi, içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb, kəndlərin müəyyənləşdirilməsi və layihələndirmə işləri davam etdirilir. Abonentlərə göstərilən müştəri xidmələrinin keyfiyyətinin yüksəldilməsi, əhalinin suölçən cihazlarla təmin olunması üzrə işlər davam etdiriləcək. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 elektron xidmət abonentlərin işini daha da asanlaşdıracaq. Ümidvarıq ki, əhalinin içməli su ilə təmin edilməsi və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması naminə həyata keçirdiyimiz tədbirlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olacaq”, – deyə Q.Hüseynov vurğulayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar