A24 Xeber

Bakı-Sumqayıt elektrik qatarında gecikmənin səbəbi məlum oldu – Yenilənib

Bakı-Sumqayıt elektrik qatarında gecikmənin səbəbi məlum oldu – Yenilənib
642
27 Mart 2017 - 10:16

Bakı-Sumqayıt sürət qatarının gecikmə səbəbi məlum olub.

“A24.az” bildirir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, gecikməyə qatar yolundakı elektrik xəttində yaranan problem səbəb olub: “Keşlə stansiyası ərazisində elektrik xəttində qəfil problem yaranıb. Nəticədə Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatar 40 dəqiqə gecikmə ilə hərəkət edib. Xətdəki nasazlıq aradan qaldırılıb və qatar mənzil başına çatıb. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, normal qrafiklə hərəkət davam etdirilir”.

*****

09:40

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.
A24.Az xəbər verir ki, Sumqayıt vağzalında Bakıya gəlmək istəyən sərnişinlər yarım saatdan çoxdur qatar gözləyir. Belə ki, saat 08:50 qatarı gəlməyib, 09:17 qatarının isə yolda olduğu bildirilib.
Nəticədə stansiyada sıxlıq yaranıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00