Sumqayıt hadisələrinin sifarişçilərinin cəzalanması üçün tədbirlər görülür - VİDEO

Sumqayıt hadisələrinin sifarişçilərinin cəzalanması üçün tədbirlər görülür – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıt hadisələri sovet dönəmində obyektiv araşdırılmadığına görə bu cinayətin təfərrüatlarının yenidən tədqiq olunması və sifarişçilərin cəzalanması üçün tədbirlər görülür.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluq birgə bəyanatında qeyd edib. İki qurumun birgə keçirdiyi mətbuat konfransında çıxış edən Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi və digər cinayətlərə ancaq beynəlxalq tribunalda baxıla bilər.

Respublika Baş Prokurorluğunun sözçüsü Eldar Sultanov isə qeyd edib ki, Sumqayıt hadisələri ilə bağlı SSRİ rəhbərliyində ermənipərəst şəxslər tərəfindən edilən təzyiqlər nəticəsində bu məsələyə tam başqa konteksdə yanaşıldığı üçün cinayətin sifarişçiləri layiqli cəzalarını almayıb.

Respublika Baş Prokurorluğunun böyük müstəntiqi Nadir Mirzəyev isə deyib ki, Sumqayıt hadisələri öncədən ssenariləşdirilib. Hətta bu hadisələri lazımi şəxslərə göstərmək üçün hadisə yerlərinə videokameralar da quraşdırılıbmış. Bu isə hadisələrin məhz SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlandığını sübut edir. Nadir Mirzəyev Sumqayıt hadisələrinin əsas iştirakçısı olan Eduard Qriqoryan adlı erməninin sırf Ermənistan dövləti tərəfindən qorunması nəticəsində hazırda azadlıqda olmasına diqqət çəkib.

Azərbaycan hüquq-mühafizə orqanları hazırda bu cinayətin təşkilatçıları və əsas iştirakçılarının saxlanılması və cəzalandırılması üçün kompleks istintaq-əməliyyat tədbirlərini davam etdirir. Onu da qeyd edək ki, 1988-ci ilin fevralında Sumqayıtda bir qrup erməni öz soydaşlarını öldürərək guya bunu azərbaycanlıların etdiyini ortaya atmışdılar. Ancaq bu iddialar heç bir halda öz təsdiqini tapmayıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar