A24 Xeber

“Sumqayıt” klubuna yeni baş məşqçi təyin olunub

“Sumqayıt” klubuna yeni baş məşqçi təyin olunub
43
08 İyun 2018 - 2:47

 “Sumqayıt” Futbol Klubunda prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.

A24.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, iclasda əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıblar.

Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı iki mövsümdə “Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00