"Sumqayıt" - "Qarabağ" görüşünün vaxtı dəyişdirildi

“Sumqayıt” – “Qarabağ” görüşünün vaxtı dəyişdirildi
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun “Sumqayıt” – “Qarabağ” görüşünün vaxtı dəyişdirilib. 

Bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib.

“Sumqayıt” klubu “Qarabağ”la görüşün nəzərdə tutulandan 1 gün sonra – 22 apreldə keçirilməsini xahiş edib. “Gənclik şəhəri” təmsilçisinin müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL oyunun vaxtını 22 aprel saat 19:00-a təyin edib.

Beləliklə, “Sumqayıt” – “Qarabağ” qarşılaşması “Neftçi” – “Qəbələ” görüşü ilə eyni vaxtda başlayacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar