A24 Xeber

Sumqayıt sakinlərinə şad xəbər: şəhərdə 30 bina…

Sumqayıt sakinlərinə şad xəbər: şəhərdə 30 bina…
47
06 Sentyabr 2018 - 14:35

Qarşıdan payız-qış mövsümü gəlir. Bu aylarda əhalinin istilik sistemi ilə təchizatı məsələsi gündəmə daxili olur. Sumqayıtın istilik sistemi ilə tam təchiz olunması məsələsi illərdir ki, çözülməmiş qalır. Tədbirlər planına görə şəhər 2018-ci ildə tam olaraq istilik sistemi ilə təmin edilməli idi.

Görəsən bu istiqamətdə hansısa tədbirlər həyata keçirilibmi?

“A24.az”ın məlumatına görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev Xeberle.com-a bildirib ki, Sumqayıt şəhərinin istilik təchizatı ilə bağlı kompleks araşdırmalar aparılıb: “”Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində regionlarla yanaşı, Sumqayıt şəhərinin istiliklə təchiz edilməsiylə bağlı proqram hazırlanıb. Mərhələli şəkildə həyata keçirilən bu proqram çərçivəsində şəhərin 18-ci mikrorayonunda 30 binanı istiliklə təmin edəcək yeni qazanxana tikilib və bu payız-qış mövsümündə qazanxananın qazlaşdırılıb istifadəyə verilməsi nəzərdə tutulub”.

Xatırladaq ki, Sumqayıt şəhərində 4 mikrorayon, 6 məhəllə və Hacı Zeynalabdin qəsəbəsi də daxil olmaqla, hazırda 24 müasir istilik qazanxanası fəaliyyət göstərir. 215 yaşayış binası, 30 orta məktəb, 14 uşaq bağçası, 14 səhiyyə ocağı istiliklə tam təmin edilir. 24 müəssisə və şirkətin inzibati binasında da istilik sistemi mövcuddur. 215 binada 1005 abonent var.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00