A24 Xeber

Sumqayıtda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

Sumqayıtda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı
44
27 İyul 2018 - 9:57

Sumqayıt şəhər sakini 2016-cı il təvəllüdlü Ağaliyeva Ayan Emil qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. 

“A24.az” xəbər verir ki, hadisə şəhərin 10-cu mk ev 62, mənzil 22 ünvanında qeydə alınıb.

Belə ki, azyaşlı nəzarətsiz qaldığında evin pencərəsinə çıxıb və hündürlükdən yerə dəyib. Ən dəhşətlisdi də odur ki, 2 yaşlı qız 4-cü mərtəbədən beton üzərinə düşüb.

Uşaq yaxınları tərəfindən dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb. Onun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı deyilir. Həkimlərin verdiyi məlumata görə, hazırda uşaq tam nəzarət altında müalicəsini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00