A24 Xeber

Sumqayıtda 25 yaşlı qadın intihara cəhd etdi

Sumqayıtda 25 yaşlı qadın intihara cəhd etdi
33
13 Aprel 2018 - 20:50

 Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında – dəniz kənarında baş verib.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Ləman Tofiq qızı Həsənova özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.

Xəstəxanaya çatdırılan qadının 3 gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.

Hazırda fakt üzrə araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00