A24 Xeber

Sumqayıtda bu yoldan keçsəniz 40 manat cərimə olunacaqsınız

Sumqayıtda bu yoldan keçsəniz 40 manat cərimə olunacaqsınız
73
23 May 2018 - 15:52

Sumqayıtda avtomobillər üçün nəzərdə tutulan və “Şərq Bazarı” dairəsi kimi tanınan yol bağlanıb.

“A24.az” xəbər verir ki, Zülfi Hacıyev küçəsindən Üzeyir Hacıbəyov küçəsinə doğru hərəkət edən yola, yəni Şərq bazarı dairəsinə giriş məhdudlaşdırılıb və ərazinin hər iki hissəsində “Giriş qadağandır” yol nişanı qoyulub.

Məsələ ilə bağlı Sumqayıt Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən saytımıza verilən məlumata görə, həmin dairənin tamamilə ləğv edilməsi və piyadalar üçün səki salınması nəzərdə tutulub: “Dairənin avtomobillər üçün bağlanması ərazidə hərəkətin intensivliyi və başverən qəzalarla bağlıdır. Həmin dairənin tamamilə ləğv edilməsi və piyadalar üçün səki salınması nəzərdə tutulub. Sürücülər yolun digər hissəsinə keçmək üçün yaxınlıqda olan digər yol dairəsindən istifadə edə bilərlər”.

Qeyd edək ki,əgər sürücülər bu qaydanı pozarsa, 40 manat məbləğində cərimə olunacaqlar.

Xeberle.com

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00