Sumqayıtda doğuş zamanı körpə ölüb

Sumqayıtda doğuş zamanı körpə ölüb
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıt şəhər 1 saylı Doğum evində körpə ölümü qeydə alınıb. Bu gün çəkisi 3 kiloqram 600 qram olan körpə (qız uşağı) doğuşdan sonra ölüb.

“A24.az” xəbər verir ki, məlumat Sumqayıt şəhər Səhiyyə Şöbəsindən APA-ya təsdiqlənib. Bildirilib ki, körpə bu gecə saat 01:35-də doğulub. Bildirilib ki, ciftdə qüsur olub və körpənin döldə əhatə olunduğu suyun hamısı nəcislə əhatə olunub: “Uşağın ağzı, burnu, bütün tənəffüs orqanları nəcislə dolub.Nəcis ciftdə patologiya olan zaman əmələ gəlir. Bəzi uşaqlarda nəcis az olduqda onu çıxartmaq olur, amma bu körpədə çox olduğuna görə doğuşdan sonra hər yandan – ağzından, burnundan, gözündən nəcis axıb. Ona görə də onu təmizləmək, uşağın həyatını xilas etmək  mümkün olmayıb. Körpə doğulandan 2 dəqiqə sonra ölüb”.

Məlumata görə, bu, ananın birinci hamiləliyi olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar