A24 Xeber

Sumqayıtda ər arvadını 18 bıçaq zərbəsi vuraraq qətlə yetirdi – TƏFƏRRÜATLAR

Sumqayıtda ər arvadını 18 bıçaq zərbəsi vuraraq qətlə yetirdi – TƏFƏRRÜATLAR
63
17 May 2018 - 23:37

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

A24.Az “Report”a istinadən xəbər verir ki, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.


*** 15:28

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00