A24 Xeber

Sumqayıtda istixanada bədbəxt hadisə: Qadın hündürlükdən yıxıldı, başına dəmir düşdü

Sumqayıtda istixanada bədbəxt hadisə: Qadın hündürlükdən yıxıldı, başına dəmir düşdü
34
04 Avqust 2018 - 12:00

Sumqayıtda 36 yaşlı qadın hündürlükdən yıxılarkən başına dəmir düşüb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Haci Zeynalabdin qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Məmmədova Vəsilə Fərhad qızı Hacı Zeynalabdin qəsəbəsində işlədiyi Sumqayıt pomidor parnikində hündürlükdən yıxılıb. Nəticədə baş nahiyəsindən ağır xəsarər alıb. Dəmir parçaları başına nüfuz edib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00