Sumqayıtda ürəkləri sızladan oğurluq

Sumqayıtda ürəkləri sızladan oğurluq
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ərzaq dükanlarının birində qəribə oğurluq hadisəsi baş verib.

“A24.az” xəbər verir ki, ərazidə yaşayan şəxslərin “savash.org”a verdiyi məlumata görə, gecə yarısı pəncərəni qıraraq mağazaya daxil olan naməlum oğrunun davranışı hər kəsi, o cümlədən mağaza sahibini də təəəccübləndirib. Belə ki, kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib. Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub: 10 yumurta, 2 çörək və 4 pampers.

Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu üzdən də hüquq-mühafizə orqanlarına müraciət etmədiyi bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar