Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət aldı - FOTO

Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət aldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıt şəhərində 51 yaşlı usta işlədiyi özəl obyektin damından yıxılaraq ağır xəsarət alıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin 18-ci məhəlləsində baş verib.

Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Hacıyev Ramiz Məmmədağa oğlu 18-ci məhəllə ərazisində özəl obyektdə usta işlədiyi zaman hündürlükdən yıxılıb. Hadisəyə səbəb kimi, xəsarət alan şəxsin obyekt sahibi tərəfindən normadan artıq işlətməsi və heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi göstərilir.

Ramiz Hacıyev hadisədən sonra “təcili tibbi yardım” avtomobili ilə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar