A24 Xeber

Süni intellekt bu dəfə də POLİSLƏRİN işini asanlaşdırır: Təhqiqatlarda

Süni intellekt bu dəfə də POLİSLƏRİN işini asanlaşdırır: Təhqiqatlarda
54
26 May 2018 - 19:32

Niderland Milli Polisi təhqiqatlar aparmağa kömək edən neyron şəbəkə ilə təchiz edilib. Sistem araşdırmaların müddətini xeyli azaltmağa imkan verir.

A24.Az xəbər verir ki, xüsusi kompüter alqoritmi işlərin materiallarını öyrənir, onları təsnif etməyə və təhqiqata hazırlamağa kömək edir. Süni intellekt sənədləri tədqiq edərək onları aydınlaşdırır, sübutları analiz edir və işin mümkün mürəkkəblik səviyyəsini müəyyənləşdirir. Cinayət işi neyron şəbəkə tərəfindən müstəqil araşdırıla bilməsə də, bütün adi işləri yerinə yetirir. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, süni intellekt cinayət işlərini iki günə hazırladığı halda sıravi polis əməkdaşı bununla bir neçə həftə məşğul olur.

Məlumata görə, neyron şəbəkələr Milli DNK bazasına qoşulduğuna görə müxtəlif işlərdə ümumi detalları aşkarlayır və çatışmayan sübutları tapır. Hazırda süni intellekt 30 milyon çap səhifəsində saxlanılan 1500-dən çox cinayət işini öyrənib.

Neyroşəbəkənin faydası haqqında danışan polis əməkdaşı Rul Vulfert bildirib ki, sistem təkcə mexaniki işi yerinə yetirmir, eyni zamanda müəyyən hadisələr arasında əlaqəni müəyyənləşdirə bilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00