A24 Xeber

Süpürgəçilərə yol konusu verilib – FOTO

Süpürgəçilərə yol konusu verilib – FOTO
69
29 Mart 2018 - 11:08

Dünən süpürgəçinin vurulması hadisəsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

A24.Az  xəbər verir ki, martın 28-də paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“KamAZ” paytaxt sakini – süpürgəçi Cəmilə Salahovanı vurub. Qadın hadisə yerində vəfat edib.

Martın 29-da, səhər saatlarından paytaxtın bütün süpürgəçiləri öz ərazilərinə yeni daşına bilən çəpərlərlə (yol konusları) çıxıblar.

Oxu.Az müxbirinin Yasamal rayonu ərazisində olan süpürgəçi ilə söhbəti zamanı məlum olub ki, bu gün səhər onlara təhlükəsizlik qaydaları izah edilib, onlara yeni plaş və yol konusları verilib.

Təmizliklə məşğul olan işçiyə təhlükəli və zərərli istehsalat faktorları (hərəkət edən maşınlar və mexanizmlər) təsir edə bilər.

Qəbul olunmuş beynəlxalq standartlara görə, işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır. Tövsiyə edilən normalar xüsusi geyimin verilməsi, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələridir.

Süpürgəçinin özündən isə iş üçün təhlükəsiz şərait yaratmaq – daşına bilən çəpərlərin olması və onları yoxlamaq tələb olunur. Nəqliyyatın hərəkəti zamanı baş verə biləcək qəza bölgəsində təmizlənən ərazilərə, iş yerindən 5-7 metr məsafədə daşına bilən çəpərləri quraşdırımaq lazımdır.

Təmizlənən ərazidə nəqliyyatın hərəkəti zamanı müvəqqəti olaraq işi dayandırmaq lazımdır.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00