A24 Xeber

Suriya ordusu Şərqi Qutanın 90 faizini terrorçulardan azad edib

Suriya ordusu Şərqi Qutanın 90 faizini terrorçulardan azad edib
41
25 Mart 2018 - 7:00

Suriya ordusu Şərqi Qutanın 90 faizini terrorçulardan azad edib.

A24.az xəbər verir ki, Suriya hökumət qüvvələrinin Şərqi Quta bölgəsinin 90 faizini terrorçulardan azad etdiyi bildirilib. Terrorçular paytaxt Dəməşq yaxınlığındakı son qalalarını tərk etməyə davam edirlər.

Bu barədə Suriya ordusunun komandanlıq mərkəzindən açıqlama verilib.

Bundan əlavə, Arbin, Əyar, Zamalka və Əin Terma şəhərlərinin ətrafındakı təxminən 7 min “Feyləq Ər-Rahman” terrorçuları və onların ailələri də bu gün şimal-qərbə doğru hərəkət edəcəklər. “Feyləq Ər-Rahman” terror təşkilatının sözcüsümətbuat katibi bildirib ki, döyüşlər zamanı əsir götürülən Suriya ordusu əsgərləri də azad ediləcək.

Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşqin ətrafındakı Şərqi Qutaya Səudiyyə Ərəbistanı, Qətər kimi regional güclərin dəstəklədiyi silahlı qruplar 2012-ci ildən bəri nəzarət edirdi. Bölgədə 10-12 min terrorçu olduğu hesab edilirdi.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00