Suriya ordusu yenidən Palmiraya daxil oldu

Suriya ordusu yenidən Palmiraya daxil oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Suriya hökumət ordusunun bölmələri İŞİD terror qruplaşması tərəfindən ələ keçirilən Palmira şəhərinə daxil olublar.

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, ordu şəhərin qərbində bir neçə rayonu nəzarət altına alıb.

2015-ci ilin mayında İŞİD Palmiranı ələ keçirib, 2016-cı ilin martında isə Suriya ordusu Rusiya hərbi aviasiyasının dəstəyi ilə şəhəri azad edib. Ötən ilin dekabrında Palmira yenidən terrorçuların nəzarəti altına keçib.

Qeyd edək ki, UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar