Suriya sərhəddinə çoxlu sayda zirehli tank göndərilir - “Zeytun budağı” 24-cü günündə...

Suriya sərhəddinə çoxlu sayda zirehli tank göndərilir – “Zeytun budağı” 24-cü günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində PKK/KCK/PYD-YPD və İŞİD terrorçularına qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (12 fevral 2018) 24-cü günündədir.

“A24.az” xəbər verir ki, əməliyyatın 24-cü günü ilə bağlı bütün məlumatları Türk Silahlı Qüvvələri açıqlayıb.

Belə ki, əməliyyatın 22-ci günündə (10 fevral 2018) Afrində Türkiyənin ikisi pilot olmaqla 12 əsgəri şəhid olub.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, təpədə çıxan silahlı qarşıdurma zamanı PYD/PKK-lı terrorçuların  sivillərdən istifadə edərək türk səgərlərinə hücum etdikləri ortaya çıxıb. Hadisə zamanı Türk Ordusunun 9 əsgəri şəhid olub.

“Zeytun budağı” əməliyyatının 24-cü gününə kimi 118-i dünən olmaqla 1369 terrorçu zərərsizləşdirilib.

Bundan başqa, “Zeytun budağı” əməliyyatında iştirak etmək üçün müxtəlif bölgələrdən  – Hatayın İskenderun bölgəsindəki hərbi hissədən gələn xüsusi qüvvələr Hassa və Kırıkhandan çıxaraq Afrinə doğru hərəkət edib. Hərbi hissədən çıxan zirehli tankların sərhəddən bölgəyə keçid edəcəyi öyrənilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar