Suriyada əməliyyatların ikinci mərhələsi başladı

Suriyada əməliyyatların ikinci mərhələsi başladı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya, onların Suriyadakı müttəfiqləri olan “Suriya demokratik qüvvələri” qruplaşması və İraq hərbçiləri ilə birgə Suriya və İraq sərhədində İŞİD-ə qarşı “Sürək” adı altında hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb.

“A24.az” “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar günü koalisiya məlumat yayıb.

“Suriya demokratik qüvvələri” bu gün Suriyanın şimal-şərqində İŞİD-in qalıqlarını təmizləmək üçün “Sürək ovu” adlı əməliyyatların ikinci mərhələsinin quru əməliyyatlarına başlayıb”, – deyə koalisiyanın məlumatında bildirilir.

Qeyd olunur ki, İraqın təhlükəsizlik qüvvələri İŞİD üzvlərinin Suriyadan İraqa qaçışının qarşısını almaq üçün sərhəddə iştirakını gücləndirib.

“Sürək ovu” əməliyyatı mayın 1-də başlayıb. Uğurlu birinci mərhələ Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baquza-Fokani yaşayış məntəqəsinin azad edilməsi ilə başa çatıb.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar