Suriyada kimyəvi silah istehsal edən laboratoriya aşkarlandı

Suriyada kimyəvi silah istehsal edən laboratoriya aşkarlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Suriya hərbçiləri Şərqi Qutada kimyəvi silah istehsal edən laboratoriya aşkarlayıblar.

Silahlılara laboratoriya Aftaris şəhəri yaxınlığında həyata keçirilən əməliyyat zamanı aşkarlanıb.

Məlumata əsasən, xlor tərkibli zəhərli maddələrin xüsusi konteynerlərdə tapıldığı bildirilir. Bundan əlavə laboratoriyada toksik maddələrin istehsalında  istifadə olunan qoruyucu kostyum və maskalar tapılıb.

 Qeyd edək ki, aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insanın öldüyü barədə xəbərlər yayılıb. Suriya və Rusiya hökumətləri bu xəbərləri yalan adlandırır. //apa
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar