Suriyada məhv edilən terrorçuların sayı 970 oldu

Suriyada məhv edilən terrorçuların sayı 970 oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı açıqlama verilib.

“A24.az” DHA agentliyinə istinadən xəbər verir ki, açıqlama Türk Silahlı Qüvvələri tərəfindən yayımlanıb.

TSQ-nin açıqlamasına görə, “Zeytun budağı” əməliyyatının 18-ci gününə qədər zərərsizləşdirilən terrorçuların sayı 970-ə yüksəlib.

Qeyd edək ki,  yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar