Suriyada Rusiya-Türkiyə maraqlarının 3 müsbət tərəfi - Nazim Cəfərsoy

Suriyada Rusiya-Türkiyə maraqlarının 3 müsbət tərəfi – Nazim Cəfərsoy
Want create site? Find Free WordPress Themes and plugins.

“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin analitiki, Nazim Cəfərsoy Afrində davam edən əməliyyatlarda Rusiya-Suriya-Türkiyə münasibətlərini dəyərləndirib.

“A24.az” xəbər verir ki, bu haqda politoloq şəxsi “Facebook” səhifəsində yazıb:

“900 km ortaq sərhədinin olduğu Suriya ilə Rusiya üzərindən danışmaq Türkiyənin strateji maraqlarına uyğun deyil.

Düzgün olan Türkiyənin birbaşa Suriya ilə həm YPG məsələsini, həm də digər məsələləri danışmaqdır. Bunun 3 müsbət tərəfi var:

1)Türkiyənin qlobal gücü, Rusiyanın isə bazarlıq gücü azdır. Halbuki Suriya ilə birbaşa bazarlıqda daha həlledici aktyor Türkiyədir.

2) Rusiya ilə Suriyanı danışmaq, onun bu ölkədə uzun müddətli varlığına strateji dayaq yaratmaqdır.

3) Rusiya YPG-yə strategiya kimi baxır. Hansı ki, Moskva ilə müqayisədə Türkiyə ilə Suriyanın YPG mövzusunda həssaslıqları çox oxşardır”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar