Suriyalı qadınların dəhşətli dramı: Əsəd əsgərləri minlərlə qadına təcavüz edir

Suriyalı qadınların dəhşətli dramı: Əsəd əsgərləri minlərlə qadına təcavüz edir
Want create site? Find Free WordPress Themes and plugins.

Suriyada müharibənin ortasında qalan qadınların yaşadığı faciə dəhşət saçıb.

“A24.az” xəbər verir ki, İHH-nin (İnsani Yardım Vakfı) apardığı araşdırmaların nəticələrinə görə, Suriyada 10 minə yaxın qadının təcavüzə məruz qaldığı məlum olub.

Kliniki psixoloq Ayşə Hümeyra Kutluoğlunun 7 ildən çoxdur Suriyada davam edən müharibədə suriyalı qadınların başına gələnlərlə bağlı gördüyü iş, ortaya ürək ağrıdan nəticələr qoyub.

Bugünə qədər Suriyada 10 milyondan çox insan yurd-yuvalarından edildiyi halda, 5,6 milyon insan ölkəsini tərk etmək məcburiyyətində qalıb. 3,5 milyon suriyalı Türkiyəyə gəlib, yerdə qalanı isə Livan, İordaniya, İraq, Misir kimi digər ölkələrə axın edib.

Araşdırma zamanı dinc əhali, qadın, uşaq, yaşlı, məsum insanlar demədən bir çox insanlara qarşı cinayətin işləndiyi Suriyada Əsəd rejimi və ya ona bağlı silahlı qruplaşmalar həyata keçirdikləri müharibə nəticəsində etdikləri cinayətlər 19 başlıq altında toplanıb.

Lakin Suriyadakı müharibənin ən çirkin tərəflərindən biri qadınlara qarşı edilən cinayətlərdir. Həyat yoldaşının və ya qohumunun rejim əleyinə müxalif olması Suriyada minlərlə qadının həbsə atılması üçün başlıca səbəb olub. Həbs olunan suriyalı qadınların sayı ilə əlaqədar dəqiq bir rəqəm vermək mümkün olmasa da həbsdə olan qadınların yaxınlarının verdiyi məlumata görə, Suriya İnsan Haqları Nəzarət Evi və “Vicdan Konvoyu”nun əldə etdiyi rəqəmlər 13 min 581 nəfər olduğunu qeyd edir. Bu qadınların yarısı həbs olunduqdan bir müddət sonra buraxılsa da, hələ də 6700-dən çox qadının  Suriya həbsxanalarında saxlanıldığı haqda məlumat verir.

Qadın-uşaqlara fərq qoyulmur…

Rejim həyata keçirdiyi şiddət, qaçırma və güc tətbiq etmə üsullarını müxalif olan hər kəsə qarşı – qadın, kişi, hətta uşaqlara belə fərq qoymadan gerçəkləşdirir. Edilən işgəncələrdə qadın və kişilərə fərq qoyulmur. Üstəlik qadınlar polis bölmələrində və soruğu-sual olunduqları yerlərdə hər növ hərəkətə, psixoloji və fiziki hücuma məruz qalırlar. Bundan başqa ən adi ehtiyaclarını ödəmələrinə izin verilməyən qadınların üstünü kişi polislər və təhlükəsizlik əməkdaşları axtarır. Belə olan halda qadınlar təhqiredici hərəkətlərə, söyüşə, təhdid və təcavüzə məruz qalırlar.

10 minə yaxın qadın təcavüzə məruz qalıb…

Hesabatda yer alan məlumata görə, Suriyada qadınların üz-üzə qaldığı ən çirkin və dəhşətli əməl cinsi təcavüzə məruz qalmalarıdır. Ölkədə cinsi təcavüz rejim qüvvələrinin ən çox və sistematik şəkildə istifadə etdiyi başlıca üsullardan biridir. İstər əməliyyatlarda və axtarış məntəqələrində, istərsə də həbsxanalar və nəzarət evlərində xalqın müqavimətini və iradəsini qırmaq məqsədiylə bu tərz çirkin əməllərə əl atırlar. Bundan başqa müxalifətdən intiqam almaq üçün qadın və qız uşaqlarından istifadə edərək kişilər əzilməyə çalışılır. Araşdırmalarda Suriyada indiyə qədər 10 minə yaxın qadının təcavüzə məruz qaldığı və bunun nəticəsində sayı təxmin edilməyən və istənməyən hamiləlik və doğum aktlarının meydana gəldiyi qeyd edilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar