Suriyanın Homs şəhəri raket atəşinə tutuldu: Ölən və yaralananlar var

Suriyanın Homs şəhəri raket atəşinə tutuldu: Ölən və yaralananlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Bazar günü Suriyanın Homs şəhərinin terrorçular tərəfindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb, 13-ü yaralanıb.

A24.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu brifinqdə Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

“Aprelin 29-da Homs əyalətinin Təll-Bisa yaşayış məntəqəsinin cənub dairəsindən olan qanunsuz silahsız qruplaşmaların yaraqlıları Homs şəhərinin Əl-Aydum, Əl-Hudari, Əl-Durdiya və Term-Zeytun rayonlarını iki dəfə atəşə tutublar. Dörd raket atılıb. İki nəfər ölüb və 13 nəfər yaralanıb. Dağıntılar var”, — deyə o əlavə edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar