Suriyaya  İsrail təyyəralərini vurmaq üçün bu sistem mane olur - VİDEO

Suriyaya İsrail təyyəralərini vurmaq üçün bu sistem mane olur – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İsrailin “Rafael Advanced Defense Systems” şirkəti hava platformalarında rəqibin hava hücumundan sistemini yayındıra biləcək yeni nəsil radioelektron mübarizə sistemi (Air EW Systems) hazırlayıb.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, yeni sistem Rusiyanın S-400 “Triumf” və “Pantsir-S” komplekslərinə qarşı istifadə oluna bilər.

İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, radioelektron sistemi 3 komponentdən “Sky Schield” radioelektron boğucu sistem, “Light Schield” sistemi və yedəyə alınan “X-Guard” konteynerindən ibarətdir. “Sky Schield” sistemi rəqibin böyük və uzaqməsafəli radarlarının siqnallarının yatırılması, “Light Schield” yaxın məsafəli radar siqnallarını boğmaq, yedəyə alınan “X-Guard” konteyneri isə hava hücumundan müdafiə raketlərini yayındırmaq üçün nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, hazırda “Air EW” sisteminin hazırlığı başa çatmaq üzrədir. Qeyd edək ki, “Rafael” şirkətinin yayımladığı yeni sistemin tanıtım animasiyasında Rusiya istehsalı olan “Pantsir-S” zenit-raket top kompleksi və S-400 “Triumf” ZRK-nə qarşı istifadəsi əks olunub.

Orxan Aslan, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar