A24 Xeber

Suriyaya geri qayıdarkən qadın ərini və 4 uşağını tərk etdi

Suriyaya geri qayıdarkən qadın ərini və 4 uşağını tərk etdi
28
13 Sentyabr 2018 - 14:50

Suriyalı Məhəmməd İbrahim Esenyurt Bələdiyyəsi tərəfindən məmləkəti Azeze qayıtmaq üçün bütün hazırlıqlarını tamamladıqdan sonra xanımı, Məhəmmədi və 4 uşağını “Suriyaya qayıtmaq istəmirəm” deyərək tərk edib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Esenyurt Bələdiyyəsi, Suriyalı vətəndaşları ölkələrində Türk Silahlı Qüvvətləri tərəfindən təhlükəsizliyi təmin edən bölgələrə və vətənlərinə göndərməyə davam edir. Artıq 21 nəfərlik bir dəstə də yola çıxıb və bu dəstəni sərhəddə qədər aparacaq avtobusda Suriyalı vətəndaşlar həyəcanla həmyerlilərinə qayıtdıqlarını dilə gətirdilər.

Suriya Türkmənlərindən olan Məhəmməd Cuma, 4 ildir ki, Türkiyədə olduğunu ifadə edərək müharibədən uşaqları üçün qaçdığını deyib. İlk olaraq Qaziantepə, oradan da Konyaya, sonra İstanbulda Esenyurta gəldiyini dilə gətirən Suriyalı Məhəmməd Cümə bu sözləri ifadə edib: “Suriya və Türkiyə eyni ərazi sayılır. Allah sizlərdən razı olsun. Prezidentimizə də təşəkkür edirik. Hər kəs bizə çox yardımçı oldu”, – deyə bildirib.

4 uşaq atası Məhəmməd İbrahim məmləkətinə qayıtmaq həyəcanı yaşayarkən, həyat yoldaşı tərəfindən tərk edilib. 4 uşağıyla birlikdə Esenyurt Bələdiyyəsinin dəstəyilə Suriyaya yola çıxan Məhəmməd İbrahim belə danışıb: “7 il əvvəl Türkiyəyə gəldik. Qara dənizdə də yaşadıq, bura gəlməzdən əvvəl. Türkiyə və insanları çox gözəldir. Vətəndaş müharibəsi başlayanda Suriyada iki il qaldıq o dövrdə. Atılan bombalar məni və ailəmi məhv edəcəkdi və biz də qayıtmağa qərar verdik. 100 ev var idisə, yalnız 1-i salamat qalmışdı”.

Suriyaya qayıtmaq qərarını həyat yoldaşı ilə birlikdə verdiklərini dilə gətirən Suriyalı Məhəmməd İbrahim, “Mənim anam və atam xəstədir, yatağa düşüblər, onlara baxmağım lazımdır. İndi mən anama və atama baxmasam sabah da uşaqlarım mənə baxmaz. Həyat yoldaşım ilə son 5 gün qalana qədər birlikdə qayıdacaqdıq və hətta buradakı evimizi təhvil verdik və getməyimizə 2 gün qalarkən, “Mən getməyəcəyəm – dedi. Əvvəllər isə “Sən hardasansa mən də ordayam” – deyə M.İbrahim qeyd edib.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00