Sürücü avtomobilindəki qadına baxan kişini bıçaqladı - Abşeronda

Sürücü avtomobilindəki qadına baxan kişini bıçaqladı – Abşeronda
Want create site? Find Free WordPress Themes and plugins.

Abşeronda sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqlayıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Nağıyev İlkin Vasif oğlu naməlum markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Adı açıqlanmayan sürücü İ. Nağıyevə avtomobilində olan qadına baxdığını əsas gətirərək, ondan maşını saxlamağı tələb edib. Sürücülərin mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı İ.Nağıyev bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar