Sürücülər DİQQƏT: Bakının iki yolunda hərəkət məhdudlaşdırıldı

Sürücülər DİQQƏT: Bakının iki yolunda hərəkət məhdudlaşdırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, Bakı Dairəvi-1 avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

“A24.az” bildirir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Bu məqsədlə, sözügedən yollar boyu 23 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar