Sürücülər, DİQQƏT: Bu iki yolda hərəkət məhdudlaşdırıldı

Sürücülər, DİQQƏT: Bu iki yolda hərəkət məhdudlaşdırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

“A24.az” bildirir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Sürücülərin nəzərinə çatdırılacaq digər yol isə Bakı-Dairəvi 1 avtomobil yoludur. Yolda təmir işləri aparılır.

“A24.az” xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Dairəvi 1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq 14 may 2018-ci il tarixində axşam saatlarınadək sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar