A24 Xeber

Sürücülərə ŞAD XƏBƏR – VİDEO

Sürücülərə ŞAD XƏBƏR – VİDEO
76
30 Yanvar 2018 - 22:30

Bakıda ən əsas yollarında olan Babək prospektində geniş təmir, tikinti işləri həyata keçirilir.

Yolun altından keçən istismar müddətini başa vurmuş bütün kommunikasiya xətləri yenilənir və yeni asfalat çəkilir. Artıq yeni yolun istifadəyə veriləcəyi vaxt da müəyyənləşib.

Eyni vaxtda bir neçə ərazidə iş aparılır. Kommunikasiya xətləri dəyişdirilir, yol yatağı hazırlanır və asfalt vurulur.

Görüntülər uzunluğu 8.7 kilometr olan Babək prospektindəndir.

Kommunikasiya xətlərinin çəkilməsi yekunlaşan ərazilər hissələrlə asfaltlanır. Eyni zamanda bordürlər yeniləri ilə əvəz edilir, yağış barmaqlıqları qoyulur və yeni səkilər salınır.

İşlər yekunlaşdıqdan sonra yolun ortasındakı ərazinin kiçildilməsi sayəsində prospektin eni də genişlənəcək.

Babək prospekti şəhərin əsas yollarından sayıldığından bu yolun istifadəyə verilməsi ilə paytaxt yollarındakı sıxlığın azalacağı gözlənilir.

https://youtu.be/jM13o_p8wtI

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00