Sürücülərin diqqətinə: Cərimələri ödəməsəniz... - VİDEO - FOTO

Sürücülərin diqqətinə: Cərimələri ödəməsəniz… – VİDEO – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.

A24.Az Milli.Az-a istinadla xəbər verir ki, dəyişikliyin bir hissəsinə əsasən, müddəti, vaxtı bitən sürücülük vəsiqəsini yeniləmək istəyən şəxs, ilk növbədə, barəsində tərtib olunmuş cərimə protokollarını ödəməlidir. Cərimələri ödəməsə, vəsiqəsini yeniliyə bilməyəcək.

Müsbət haldır, yoxsa mənfi haldır, belə dəyişikliyin olması?

Elməddin Muradlı – ekspert: “Mənfi tərəfi sürücülərə sərf etmir. Çünki onlar cərimə ödəmədən vəsiqəni dəyişmək istəyər. Amma qanun baxımından normal haldır”.

Bəs belə hallar dünyanın başqa ölkələrində necədir? Onlarda da sürücünün cəriməsi olarsa, vəsiqəsini dəyişmirlər?

Azər Allahverənov – ekspert: “Bizə yaxın dövlətlərdə vəsiqə dəyişildiyi zamanı sistemə daxil olurlar. Cəimə olunarsa, tövsiyyə edirlər. Rusiyada tövsiyə xarakteri daşıyır”.

Belarusiyada isə sürücülük vəsiqəsi dəyişdirilən zaman əgər sürücünün cəriməsi varsa, ona heç gözünün üstündə qaşın var deyən də olmur. Ona görə olmur ki, sürücü vəsiqəsini verən qurumla, sürücülərin qayda pozuntusuna görə cərimələrini alan qurum ayrıdır, bir-birlərinin işinə qarışmırlar. Qurumların məsuliyyətləri ayrıdır. Məsuliyyətdən danışmışkən, sürücülük vəsiqəsi pasport, şəxsiyyət vəsiqəsi və digərləri kimi sənəddir, sənəd həm də məsuliyyətdir.

Əhməd Qəşəmoğlu – sosioloq: “Bizdə sənədə məsuliyyət artmalıdır. Təəssüf ki, bu barədə çatışmazlıq var. Bu işə orta məktəbdən başlanılmalıdır”.

Yəni bizə uşaqlıqdan öyrətməlidirlər ki, sənədinlə bağlı cərimən olsa, vaxtında ödə ki, sonradan problemlə rastlaşmayasan. Bu da məsələnin sosial tərəfi.

Bax belə, qanun var, dəyişiklik artıq edilib. Biz də bunu izah etdik. Nəticə olaraq, sürücülər daha diqqətli olsunlar, cəriməni vaxtında ödəsinlər ki, sürücülük vəsiqəsini dəyişdirməklə bağlı hər hansı problem yaşamasınlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar