A24 Xeber

Sürücülərin NƏZƏRİNƏ: Bu TƏTBİQETMƏLƏR ASANLAŞDIRILIR- VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu TƏTBİQETMƏLƏR ASANLAŞDIRILIR- VİDEO
77
18 Aprel 2018 - 9:28

İcbari avtomobil sığortası ilə bağlı vətəndaşlar və sığorta şirkətləri arasında yaranan bəzi problemlər birdəfəlik həll olunacaq.

A24.Az xəbər verir ki, artıq bunun üçün icbari avtomobil sığortası üzrə yeni sistemin tətbiqinə başlanılıb. Sistemin tətbiqi ilə sığorta şirkətləri tərəfindən vətəndaşlara ödəniləcək sığorta haqqlarının azaladılması kimi neqativ hallar aradan qalxacaq.
Tətbiq olunan sistemdə bir sıra yeniliklər edilib. Sığorta eksperti Daşdəmir Niftəliyevin sözlərinə görə, yaradılan bu sistem həm Daxili İşlər Nazirliyi, eləcə də Dövlət Yol Polisi İdarəsinin sistem və bazası ilə inteqrasiya olunub. Yəni avtomobil və sürücüyə aid məlumatlar müvafiq dövlət orqanının sistemindən götürüldüyü üçün bu məlumatları saxtalaşdırmaq mümkün olmayacaq.
Bununla yanaşı, sığorta şirkətləri satışları elektron və yaxud ASAN İmza ilə etdikləri üçün İcbari Sığorta Bürosu onların bütün fəaliyyətini izləyə biləcək. Daşdəmir Niftəliyev deyir ki, sistemin tətbiqi nəticəsində sığorta şirkətləri tərəfindən sığorta haqqının azaldılması kimi neqativ halların da qarşısı alınacaq.
Qeyd edək ki, hazırda fəaliyyətə başlayan bu sistemdə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti qeydiyyatdan keçib.

//Aznews.info

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00