A24 Xeber

Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırılır

Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırılır
64
27 Aprel 2018 - 12:49

Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq.

“A24.az” xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Məhdudlaşdırma 2 gün ərzində, aprelin 28-29-da qüvvədə olacaq.

“Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik”, – deyə məlumatda vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00