Sürücülərin nəzərinə: Gecə saatlarında bu yoldan keçərkən diqqətli olun!

Sürücülərin nəzərinə: Gecə saatlarında bu yoldan keçərkən diqqətli olun!
Want create site? Find Free WordPress Themes and plugins.

Xətai rayonu Yusif Səfərov küçəsinin, Neftçilər prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinə doğru olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün axşam saat 22:00-dan etibarən adı çəkilən ünvanda hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

“A24.az”  xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Məhdudlaşma Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar