A24 Xeber

Sürücülərin nəzərinə: Sabah bu yollar bağlı olacaq

Sürücülərin nəzərinə: Sabah bu yollar bağlı olacaq
73
23 May 2018 - 17:12

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

A24.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması 24 may axşam saatlarınadək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00