Taekvondo üzrə Azərbaycan çempionu bıçaqlandı

Taekvondo üzrə Azərbaycan çempionu bıçaqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb.

A24.az xəbər verir ki, hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov “Mehdiabad dairəsi” kimi tanınan ərazidə tanışı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman həmin şəxs S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

Qeyd edək ki, S.İsmayılov “Fateh” klubunun üzvüdür. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yerin qalibi olub.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar