A24 Xeber

Tağı Əhmədov məhkəmədə

Tağı Əhmədov məhkəmədə
100
21 İyun 2017 - 12:54

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

A24.Az xəbər verir ki,  Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə “Bakı Metropolitieni” ASC-nin sabiq rəisi Tağı Əhmədov dindirilib.

T. Əhmədov ona 3 milyon manat ziyan dəydiyini, həmin məbləğin ödənilməsini istəyib.

Zərərçəkmiş şəxslər isə bildiriblər ki, Akif Çovdarov iclasda geniş ifadə verib. Vəkillər ondan hansısa tələblərinin olub-olmamasını soruşublar. O, dəymiş ziyanın ödənilməsini istəyib:”Leyli Məcnunu hamı oxuyub. Orada Məcnun nə istəyir hamı bilir. Mən də verdiyim pulu Akif Çovdarovdan istəyirəm. Mən Eldar Mahmudovun köməkçisi ilə danışırdım. O, bildirdi ki, mənə nəzarəti Akif Çovdarova tapşırıblar. Bundan sonra Akif Çovdarov məndən bahalı maşınlar almağımı istədi “.

İclasdan sonra T. Əhmədov jurnalistlərə açıqlama verməyib və sualları cavablandırmayıb. O, “sağ olun” deməklə kifayətlənib.

(Mənbə: APA)

 

 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00