Tailandda gəmi qəzası: 41 nəfər öldü

Tailandda gəmi qəzası: 41 nəfər öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Tailandda gəmi qəzası nəticəsində 41 nəfər ölüb.

Bu barədə “Sinxua” məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə nəticəsində daha 15 nəfər itkin düşmüş sayılır. Pxuket vilayətinin qubernatorunun sözlərinə görə, daha itkin düşmüş şəxslərin 8-nin cəsədi sudan çıxarılıb.

Bu arada Tailand polisi Pxuket adası yaxınlığında cümə axşamı aşmış iki turist gəmisinin kapitanına qarşı ittihamlar irəli sürüb. Qeyd edək ki, göyərtəsində təxminən 150 nəfərin olduğu iki turist gəmisi fırtınaya düşərək, Pxuket adası yaxınlığında çevriliblər. Gəmilərdən birində 105 nəfər – 93 sərnişin və 12 heyət üzvü olub. Onlardan yalnız 49 nəfərini xilas etmək mümkün olub.

Digər gəmidə isə Çin və Avropa ölkələrinin turistləri olub. Onlar xilas olunaraq sahilə çatdırılıblar. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar