A24 Xeber

Talassemiya xəstələrinin SAYI AÇIQLANDI

Talassemiya xəstələrinin SAYI AÇIQLANDI
51
08 May 2018 - 11:51

“Hazırda Azərbaycanda 3 mindən artıq talassemiya xəstəsi var”

A24.Az-ın məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzi publik hüquqi şəxsin baş direktoru Valeh Hüseynov deyib. Onun sözlərinə görə, hazırda ölkəmizdə bir çox ölkələrə nümunə olacaq dövlət proqramı çərçivəsində talassemiyalı xəstələrə qayğı göstərilir: “Eyni zamanda 2009-cu ildən talassemiyalı xəstələrə xidmət göstərmək üçün mərkəz inşa olunub. Ölkəmizdə talassemiya geninin bir milyon daşıyıcısı var. Daşıyıcılıq heç vaxt xəstəliyə dönə bilmir. Daşıyıcının normal insandan fərqi odur ki, sadəcə, hemoqlabin bir miqdar aşağı olur. İki daşıyıcı ailə qurarsa, bu ailələrdə talassemiya xəstəsinin dünyaya gəlmə ehtimalı 25 faiz yüksəkdir”.

V. Hüseynov əlavə edib ki, üç ilə yaxındır aparılan təbliğat işləri nəticəsində talassemiyalı xəstələrin doğulmasında azalma müşahidə edilir: “Nikaha daxil olan cütlüklərin müayinəsi, maariflənmə yaxın gələcəkdə talassemiyalı xəstələrin doğulmasını sıfıra endirə bilər. Hazırda biz bu istiqamətdə çox ciddi işlər aparılır”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00