Tanınmış aparıcı: “AZAL göydə bazar açıb”

Tanınmış aparıcı: “AZAL göydə bazar açıb”
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış aparıcı Günel Hümbətova “Azərbaycan Hava Yolları”nın (AZAL) işçilərini alverdə ittiham edib.

A24.Az-ın məlumatına görə, aparıcı sosial şəbəkədə yaydığı qeydində bildirib: “AZAL-ın işçiləri göydə bazar açıb yer satmaqla məşğuldurlar. Hansısa yer satılmayıbsa və ya sərnişin müəyyən səbəblərdən uçuşa gelməyibsə, onun yeri elə göydəcə, göydə olanlara pulla təklif olunur”.

Aparıcı sosial şəbəkədə daha öncə bildirmişdi: “Xəbəriniz var ki, AZAL-ın yol bələdçiləri göydə alverlə məşğuldur?! Belə ki, təyyarə salonunda olan sərnişinlərə boş qalan yerləri pulla təklif edirlər. Əgər sərnişin özünü pis hiss edirsə və boş olan yerə keçirsə, yol bələdçiləri “şüvənlik” edirlər. Sizcə, bu nə dərəcədə düzgündür? Doğrudan da bu vəziyyət xoşagəlməzdir. Hətta sərnişinlərin istədikləri odeyalları da (əvvəllər istəməyə ehtiyac qalmırdı, özləri yastıqla bərabar paylaşırdılar) enişə 10 dəqiqə qalmış israrla geri istəyirlər. Yəni ki, xəbəriniz olsun. Bundan sonra çətin ki, AZALI seçəm. Mənim kimi çox vaxt bizneslə uçan müştərisini itirdi AZAL! Bir qəpik belə verib xidmətinizdən istifadə etməyə heyifim gəlir! Xidmət səviyyənizin yüksəlməsinə ehtiyac var…”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar