Tanınmış aparıcıya vəzifə verildi

Tanınmış aparıcıya vəzifə verildi
Want create site? Find Free WordPress Themes and plugins.
Tanınmış televiziya aparıcısı Hüseyn Azəri bundan sonra fəaliyyətini Dövlət Reklam Agentliyində davam etdirəcək.
A24.Az  xəbər verir ki, bu barədə Hüseyn Azəri “Facebook” səhifəsində yazıb.
H. Azəri bildirib ki, xəbər aparıcılığı və redaktorluğuna son qoyur. O, Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində qurumun uğurları üçün çalışacaq. Tanınmış aparıcı həmkarlarına dəstəyə görə öz minnətdarlığını da bildirib və jurnalistlərlə sıx əməkdaşlıq edəcəyini qeyd edib:
“Bu gündən xəbər aparıcılığına və redaktorluğuna son qoyuram. Mənə doğma olan ARB 24 TV kollektivindən və ümumiyyətlə ARB ailəsindən ayrılmaq çətin olsa da halallaşıb bu addımı atdım. İndiyədək mənə göstərdikləri etimad və dost münasibətlərinə görə kollektivin hər bir üzvünə dərin təşəkkürümü bildirirəm. Sizin uğurunuz mənim də uğurumdur! Fiziki yanınızda olmasam da həmişə Sizinləyəm! Efirdən uzaqlaşsam da fəaliyyətim yenə də mətbuatla bağlıdır. İşimə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində davam edəcəyəm. Ümid edirəm ki, bu məsul işimdə Sizinlə daha sıx əməkdaşlıq edəcəyik. Dəstəyinizə həmişə ehtiyacım var. Harada olmağımdan asılı olmayaraq, müxbir kimi fəaliyyətə başlayan biri kimi özümü həmişə jurnalist hesab edirəm və edəcəyəm də. “
Qeyd edək ki, H. Azəri bu günədək ANS TV-də , Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətində çalışıb. Sonuncu iş yeri isə ARB 24 olub. Orada xəbər aparıcısı və redaktor vəzifəsində çalışıb.
(Qaynarinfo)
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar