Tanınmış jurnalist ustad dərsləri keçəcək

Tanınmış jurnalist ustad dərsləri keçəcək
Want create site? Find Free WordPress Themes and plugins.

“ADDIM” jurnalistikaya marağı olan gəncləri nəzərə alaraq, “ADDIM Media Academy” layihəsinin start verir.

“A24.az” xəbər verir ki, layihə həmçinin Azərbaycan jurnalistikasında peşəkarlığın artırılması məqsədi daşıyır.

Yeni təsis edilən media akademiyasında beynəlxalq jurnalistika üzrə 3 aylıq təlim-seminar təşkil ediləcək. Layihə çərçivəsində jurnalistikanın (çap mediası, radio və televiziya jurnalistikası) nəzəri əsasları, praktikası, beynəlxalq media standartları ilə bağlı ustad dərsləri keçiriləcək. Təlim proqramına informasiya istehsalı, xəbərçilik, reportaj və müsahibə texnikası, “stand-up”ı zəruri edən hallar, interküyün funksiyaları, video materialların (süjet, sorğu, “no comment”) hazırlanması kimi mövzular daxildir. Dərsləri jurnalist/trener Könül Cəfərli keçəcəkdir.

Seminarda nəzəri məlumatlarla paralel olaraq, təcrübəyə də yer ayrılacaq. Hər bir iştirakçı öyrəndiyi mövzunu praktiki olaraq da həyata keçirə biləcək: xəbər yazacaq, süjet çəkəcək, sorğu aparacaq, müsahibə alacaq və s. Görülən işlər təşkilatın yeni yaradılan saytında yerləşdiriləcək.

Proqrama həmçinin televiziya aparıcılığı və internet-media üzrə dərslər də daxil edilib. Seminar hər həftənin şənbə-bazar günləri saat 10:00-dan 13:00-dək keçiriləcək.

Təlim-seminarda jurnalistika ixtisası üzrə təhsil alan, hazırda müxbir kimi fəaliyyət göstərən, həmçinin bu sahəyə marağı olan gənclər (18-35 yaş) qatıla bilər. Dərslərdə iştirak edəcək 30 nəfərlik hədəf qrup müsabiqə yolu seçiləcək. Təlimi başa vuran iştirakçılara sertifikat təqdim ediləcək.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar