Tanınmış şair qadağan olunmuş kitab haqqında: "Dini komitə 100 dənə ləyaqətsiz, namussuz şeylərə icazə verir, amma..."

Tanınmış şair qadağan olunmuş kitab haqqında: “Dini komitə 100 dənə ləyaqətsiz, namussuz şeylərə icazə verir, amma…”
Want create site? Find Free WordPress Themes and plugins.

“Dini komitə 100 dənə ləyaqətsiz, namussuz şeylərə icazə verirsə, normal bir kitabın çapına niyə icazə vermir?”

Elşad Mirinin çapı qadağan olunmuş “İslamda Yoxdur!” kitabı ilə bağlı “A24.az”a danışan şair Rüstəm Behrudi qadağanı qərəzli münasibət kimi dəyərləndirib:

“Elşad Miri ağlı, düşüncəsi, məntiqi yerində olan bir adamdır. Mən belə fikirləşirəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin onun kitabını qadağan etməsi nadanlıqdan ibarətdir. Əgər dini komitə 100 dənə ləyaqətsiz, namussuz şeylərə icazə verirsə, normal bir kitabın çapına niyə icazə vermir? Düz demirəm?

Elşad Mirinin o kitabda yazdıqlarını oxumuşam və onun tezislər şəklində verdiyi fikirlər doğurdan da Quranda yoxdur. Quranda yoxdursa, bu adam düzgün yazır. Bu kitabın çapını komitə qadağan edirsə, deməli, aralarında intriqa var və şəxsi qərəzlilik məqsədi də güdür. Yoxsa normal bir kitabın çapını niyə qadağan etsinlər ki?”

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar