A24 Xeber

Tanınmışların özləritək məşhur olan övladları: Uşaqlar gününə ÖZƏL

Tanınmışların özləritək məşhur olan övladları: Uşaqlar gününə ÖZƏL
400
01 İyun 2018 - 11:05

Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günüdür.
Bu məqsədlə də A24.Az sizin üçün “məşhurlar və övladları” başlıqlı fotoxəbər təqdim etmək qərarına gəlib.
Belə ki, siyahını məşhur aparıcı Zaur Kamalla başlayırıq. Onun Bartu vəRüstəm adlı iki oğlan övladı var.

Siyahını məşhur aparıcılarla davam etdirsək Günel hümbətova da qız anasıdır. Onun qızının adı isə Josydir.

Övladı olan bir digər aparıcı isə Aytən Səfərovadır. Səfərovanın qızının adı isə Ayzadır.

Evli olan aparıcı cütlüklər Zaur və günayın isə Dilavər adında bir qız övladları var.

“Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı məşhur ekizləri Arda və Arınla daha tez-tez görünsə də onun ilk evliliyindən bir oğlu daha var. Böyük övladının adı isə Zaur Qocayevdir.

İfaçılardan Röya Ayxanın oğlu Hüseyni yəqin ki, tanımayan yoxdur.

Yaxın günlərdə “Əməkdar artist” adını qazanan Miri Yusif də övladları ilə tez-tez şəkillər paylaşan simalardandır. Onun Miri Cahid adlı ən kiçik övladı isə hələ bir neçə aylıqdır.

Ailəsinə bağlılığı ilə tanınan Miri Yusifin Adel adlı qızı, Mir Hsüeyn adlı bir oğlu daha var.


Loğman və Əziz adlı iki oğlu olan Nadir Qafarzadə yaxın günlərdə onlardan birinin xeyir xəbəri ilə- toy edilməsi ilə bağlı gündəm olmuşdu.

Son zamanlar məşhurlaşan Damla da həyat yoldaşından ayrılsa da onun bir oğlu var. Bir çox işlərinə qarışdığını, qısqanc olduğunu deyən ifaçının övladının adı isə İbrahimdir.

Samir Piriyevin isə üç övladı var. Onun birinci nikahından bir qızı Aişə, ikinci nikahdan isə Fərəh adlı qızı və Nicat adlı oğlu dünyaya gəlib. S.Piriyev 2010-cu ilin iyul ayında teleaparıcı Anara Fətəliyeva ilə ailə həyatı qurub.

Şəbnəm Tovuzlu da ikinci evliliyin yaşayan məşhurlardandır. onun birinci həyat yoldaşından bir qızı, indiki sevgilisindən isə Əli adlı bir oğlu var.

Sakit həyat tərzi keçirən Manananın da iki övladı var. Onun oğlu David, qızı isə Elizabetdir.

Xatirə İslamın bir neçə dil bilən bir oğlu var. Onun övladının adı isə Emildir.

Həyat yoldaşından ayrı olan lalə məmmədova da Nərgiz və Çinarə adlı iki qız anasıdır.

Yenicə ata olan Elçin Cəfərov da oğul atasıdır. Keçmiş millət vəkili Sabir rüstəmxanlının qızı ilə evli olan ifaçının Can adlı bir övladı var.

Efirlərdə çox da görünməyən pişik Günel də qız anasıdır. Onun evli olan sevgilisindən Məryəm adlı bir qızı var.

Xəyalə Vaqif, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00