Tarif Şurasına yeni səlahiyyətlər verildi

Tarif Şurasına yeni səlahiyyətlər verildi
Want create site? Find Free WordPress Themes and plugins.
İstehlakçı tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə fiziki qoşulmağa görə məbləğ Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.

A24.Az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirəcəklər.

 Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri də məhz Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar